rusiya 1

Rusiya Ermənistana təbii qaz, neft məhsulları və xam almazın rüsumsuz tədarükünü dayandırmaqla hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Rusiya nəşrinin əldə etdiyi məktubda bildirilib ki, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə qoşulmaq niyyəti iki ölkə arasında mövcud ticarət-iqtisadi münasibətləri risk altına salır.

Sənəddə qeyd olunub ki, bu proses Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyədə qorunub saxlanılmasına təhdid yarada bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: