2008-də vəziyyət dəyişdi: Rusiya çıxacaq! – Kolerov

“Gümrüdəki 102-ci bazanın Ermənistanın təhlükəsizliyinə heç bir təsiri yoxdur, ora hərbi anbara çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov deyib.

Politoloq bazanın hərbi plana uyğun işləmədiyini, öz funksiyasını itirdiyini bildirib:

“Orada Ermənistanın icazəsi olmadan bir təyyarə belə havaya qalxa bilməz. Həmin baza artıq Rusiya Federasiyasının maraqlarını qorumur. 2008-ci ildən sonra Moskvanın Zaqafqaziyadakı maraqları Abxaziya və Şimali Osetiyadakı iki bazası vasitəsilə qorunur. Nəzərə almaq lazımdır ki, Şimali Osetiyadan Ermənistana uçuş cəmi 10 dəqiqədir. Yəni məsələ artıq bitib. Rus sərhədçiləri də, baza da Ermənistandan çıxacaq. Rusiya hərbi bazasının fotoşəkillərini çəkmək üçün Gümrüyə xüsusi müxbir göndəriblər. Çəkdiyi sadəcə çatlamış hasar, nasaz avadanlıq və boş sahə olub”.

Ayşən Mustafa
Globalinfo.az