Kreml Ermənistanın həm Avrasiya İqtisadi Birliyində qalması, həm də paralel şəkildə Avropa İttifaqına inteqrasiya kursu aparması ilə razılaşa bilməz.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Moskva dəfələrlə İrəvana bu siyasətin ziddiyyətli olduğunu çatdırsa da, Ermənistan rəhbərliyi Rusiyanın xəbərdarlıqlarına lazımi diqqət göstərmir.

“Rusiyada hesab edirlər ki, QərbAvropa İttifaqı Ermənistanı Moskvaya qarşı geosiyasi alətə çevirməyə çalışır. Kreml düşünür ki, Qərb İrəvanı Rusiyaya qarşı təzyiq siyasətinə cəlb etməyə çalışır və regionda öz təsir imkanlarını genişləndirmək niyyətindədir”, – deyə Qaluzin qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: