donetsk

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkivski şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib.

    “Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib. Hazırda 7 nəfərin həlak olduğu, 8 nəfərin isə yaralandığı məlumdur”, – vilayət rəhbəri qeyd edib.

    Onun sözlərinə görə, sənaye zonası, üç hündürmərtəbəli bina və üç fərdi ev zədələnib.

    Paylaş: