Rusiya bu hücuma görə cavab verəcək – Litva

“Rusiya terrorçu dövlətdir və Ukraynanın mülki obyektlərinə hücuma görə məsuliyyət daşımalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda deyib.

“Rusiya terrorçu dövlətdir. O, hara getməsindən asılı olmayaraq, özü ilə dağıntı, ölüm və böyük əziyyətlər aparır. Bu şənbə günü Dneprdə baş verən vəhşilik, kütləvi ölümlər və yaşayış evlərinə hücumlar heç vaxt bağışlanmayacaq. Cavab vermək zamanı gələcək”, – o bildirib

Aqşin
Globalinfo.az