2024 05 09T141418Z 1423697977 RC20N7AHRRHT RTRMADP 3 WW2 ANNIVERSARY RUSSIA 1024x669 1

“Artıq 5 ilə yaxındır Ukrayna ilə davam edən müharibə Rusiya iqtisadiyyatını darmadağın edib”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, bu, sadəcə rusların sosial rifahının zəifləməsinə deyil, həm də Kreml üçün təhlükəli siyasi böhrana səbəb ola bilər.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya son dağıdıcı zərbə endirmək və müharibənin gedişatını dəyişdirmək üçün ölkədə səfərbərlik elan edə bilər. Amma Moskvada olan ekspertlər anlayırlar ki, Rusiya bu kimi hücumları sonsuzadək maliyyələşdirə bilməz. Nəşr bildirir ki, müharibənin davam etməsi Rusiya iqtisadiyyatına daha ağır zərbələr vuracaq. Lakin hökumətin hərbi xərcləri artırmaq üçün imkanları zəifdir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: