Atəşkəs və danışıqlar prosesinin başlaması üçün Ukrayna qoşunları Donetsk və Luqansk vilayətlərindən çıxmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kiyev Ukrayna Silahlı Qüvvələrinə həmin bölgələri tərk etmək əmri verdikdən sonra Moskva danışıqlar prosesinə başlamağa hazır ola bilər.
Peskov əlavə edib ki, ərazi məsələləri həll olunsa belə, gələcək danışıqların asan keçəcəyini düşünmürlər.
Eyni zamanda, “Financial Times”in mənbələri iddia edir ki, Rusiya hərbi rəhbərliyi Vladimir Putini Donbasın payıza qədər tam nəzarətə götürülə biləcəyinə inandırıb.
Tahir Turan
Globalinfo.az