2 12

Rusiya ordusu Zaporojye vilayətində üç yaşayış məntəqəsini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

Onun sözlərinə görə, son günlər bölgədə dumanlı hava şəraiti fonunda Rusiya qüvvələrinin aktivliyi artıb.

“Aleksandrovski və Qulyaypol istiqamətlərində vəziyyət xeyli pisləşib. Düşmən, canlı qüvvə və texnika baxımından say üstünlüyündən istifadə edərək, şiddətli döyüşlər zamanı irəliləyib və üç yaşayış məntəqəsini ələ keçirib”, – Sırski bildirib.

Baş komandanın sözlərinə görə, Ukrayna qüvvələri hazırda Rovnopolye və Yablokovo istiqamətlərində gərgin döyüşlər aparır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: