“Ukraynanın Rusiya aerodromlarına hücumu Moskvaya mane olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzetində yazılıb.
“ABŞ rəsmiləri Rusiya ordusundan əhəmiyyətli cavab zərbəsi gözləyir”, – deyə bildirilib.
Məlumata görə, Moskvada Kiyevə hücum barədə planlar qurulur.
Qeyd edək ki, Ukrayna ordusu iyunun 1-də Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində yerləşən aerodromlara PUA-lardan istifadə edərək hücumlar həyata keçirib.
Əliyar Xəlil
Globalinfo.az