Rusiya bu ölkələrin təhlükəsizliyini təhdid edir

Rusiyanın silah istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, Rusiya Moldova, Gürcüstan və Baltikyanı ölkələrin təhlükəsizliyini təhdid edir:

“Avropa yeni hərbi çağırışlarla üzləşə bilər”.

Almaniyalı nazir ABŞ-ın siyasətini tənqid edərək vurğulayıb ki, bütün bu proseslər baş verərkən Vaşinqton diqqətini Hind-Sakit okean regionuna yönəldib:

“Önümüzdəki hərbi təhdidlərə görə Avropa Birliyi (AB) ölkələri ordularının yenidən silahlanması prosesini sürətləndirməlidir”.