rusya 9fvx 6hu0

Suriyanın Latakiya şəhərindəki Xmeymim rus bazası yenidən mülki aviasiya obyektinə çevrilir.

Globalinfo.az xəbər verir ki, bu barədə SuriyaRusiya arasında razılıq əldə olunub.

Bildirilib ki, hərbi bazalar Suriya hakimiyyətinin nəzarətinə veriləcək. Hazırda xüsusi komissiya buradakı hava limanının uçuş-enmə zolaqlarını, texniki avadanlıqlarını və təhlükəsizlik sistemlərini qiymətləndirir.

Suriya tərəfi iddia edir ki, Xmeymim aerodromu da daxil olmaqla, bütün mülki obyektlər tədricən ərəb respublikasının administrasiyasına keçəcək.

Qeyd edək ki, Xmeymim 2015-ci ildən Rusiyanın Suriyadakı hava qüvvələrinin əsas bazalarından biri kimi fəaliyyət göstərib. Yeni anlaşmaya əsasən, Xmeymim və Tartusdakı Rusiya hərbi obyektləri yenidən təşkil edilərək birgə təlim və təhsil mərkəzlərinə çevriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: