Rusiya 2024-cü ilin əvvəlində Ukraynada müharibədə iştirak edən 3344 əcnəbiyə vətəndaşlıq verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.
O, vətəndaşlıq alanların postsovet ölkələrindən olub-olmamasına aydınlıq gətirməyib.
Rusiya Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksand Xinşteyn isə müharibədə iştirak edən əcnəbilərin vətəndaşlıq aldıqdan sonra ölkələrinə göndərilməyəcəyini söyləyib. O bunu həmin şəxslərə ölkələrində cinayət işi açılacağı ilə əlaqələndirib.
Rusiyada yeni qəbul edilən qanuna görə, Ukrayna müharibəsində iştirak edənlərə vətəndaşlıq verilir. Qanun onların vətəndaşlığı heç bir imtahan vermədən almağa imkan yaradır.
Əliyar Xəlil
Globalinfo.az