“Ukrayna Britaniya istehsalı olan dronlarla Rusiyaya zərbə endirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfirliyi məlumat yayıb.
Səfirlik Londonun bu yolla Ukrayna böhranını daha da dərinləşdirdiyini bildirib.
“Beləliklə, Böyük Britaniya qanlı cinayətlərdə və terror hücumlarında əlbir və iştirakçı kimi çıxış edir. London bu hərəkətinin nəticələrinə görə cavab verməli olacaq”.
Britaniyanın Müdafiə Nazirliyi isə buna cavab olaraq ölkənin müharibədə Ukrayna ilə çiyin-çiyinə dayandığını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az