WhatsApp Image 2025 08 22 at 22.44.54

Ermənistanda İrkutsk vilayətinin Boks Federasiyasının Prezidenti Sergey Silko saxlanılıb.

Globalinfo.az-ın məlumatına görə, əməliyyat Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib və prosesin görüntüləri artıq bir sıra teleqram kanallarında və sosial şəbəkələrdə yayılıb.

“TK Gorod” xəbər agentliyinin məlumatında qeyd olunur ki, Silko Rusiyanın tələbi əsasında saxlanılıb. O, əvvəllər beynəlxalq axtarışda olub və bu səbəbdən Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Hazırda Silkonun Rusiya tərəfinə təhvil verilib-verilməyəcəyi barədə rəsmi açıqlama verilməyib.

Paylaş: