Rusiya bir şəhəri məhv etməyə qadir olan ballistik raketi havaya buraxdı

Rusiya kiçik bir şəhəri məhv etməyə qadir olan ballistik raketini uğurla sınaqdan keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qitələrarası ballistik raketi (ICBM) Kapustin Yar poliqonundan uğurla havaya buraxılıb.

Hərbi idarə əlavə edib ki, Strateji Raket Qüvvələrinin döyüş heyəti tərəfindən Həştərxan vilayətində həyata keçirilən uğurlu sınaq buraxılışı  Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında “Military Russia” portalının redaktoru Dmitri Kornev bildirib ki, “Yars” strateji raket sistemi kiçik bir şəhəri tamamilə məhv etməyə qadirdir.

Əliyar Xəlil
Globalinfo.az