WhatsApp Image 2025 07 02 at 11.27.01

RusiyaAzərbaycan münasibətlərində gərginliyin artdığı bir vaxtda beynəlxalq aktorların, xüsusilə Çin və İranın regiondakı rolu ilə bağlı suallar gündəmə gəlir. Çin rəsmi olaraq neytral mövqedə dayanır, lakin ekspertlər bildirir ki, Pekin strateji tərəfdaşı Rusiyaya təzyiq göstərmək və onun regiondakı mövqeyini balanslaşdırmaq məqsədilə diplomatik kanallardan istifadə edir, lakin bu əsasən təsirsiz olur.

Çin və İranın regiondakı gərginlik fonunda mövqeyi nədən ibarətdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Çin Azərbaycana münasibətdə İrandan daha səmimi ölkədir və bunu dəfələrlə sübut edib:

“Pekin milli məsələlərdə, xüsusilə ərazi bütövlüyü ilə bağlı mövqeyində daim Bakıdan yana olub və bu münasibət qarşılıqlı olub. Məsələn, Azərbaycan Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi kimi tanıyıb. Ticarət əlaqələri baxımından da Pekin ilə Bakı arasında yaxın münasibətlər mövcuddur. 2018-ci ildə Çin Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı idisə, son illərdə 4-cü ən böyük tərəfdaş olub.

Siyasi şərhçi xatırladıb ki, Azərbaycan müstəqilliyini elan etdikdən cəmi iki ay sonra Çin onu tanıyıb:

“Eyni zamanda, Çin və İranı fərqləndirən əsas məqamlardan biri Zəngəzur dəhlizidir. İran bu dəhlizin açılmasına qarşıdır, amma Çin bu layihədə maraqlıdır. Hazırda Çin ABŞ ilə qlobal nüfuz uğrunda ciddi rəqabətdədir və bu kontekstdə Rusiyaya ən yaxın müttəfiqlərdən biridir. Lakin Pekin Cənubi Qafqazda lider dövlətin Azərbaycanın olduğunu qəbul edir və regionda təsir dairəsini genişləndirmək üçün Bakı ilə yaxşı münasibətlər saxlamaq niyyətindədir. Bu səbəbdən Çin RusiyaAzərbaycan gərginliyinin azaldılmasında maraqlı tərəf kimi görünür. Onun üçün Azərbaycanın yaxın tərəfdaşı olduğunu unutmamaq lazımdır; xüsusilə Çin tərəfindən irəli sürülən “Kəmər və Yol” təşəbbüsünün ilk dəstəkçilərindən biri Azərbaycan olub.

WhatsApp Image 2024 05 31 at 00.13.57 e1751440420915

Cavanşir Abbaslı

İranla bağlı isə bu cür fikirləri səsləndirmək mümkün deyil. Tehran Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Azərbaycan tarixi əlaqələrə sadiqdir. Hərçənd, İran Rusiya ilə Azərbaycan arasındakı gərginliyin artmasında maraqlı görünmür. 12 günlük İsrail-İran münaqişəsində region ölkələrinin bitərəf qalmasına ehtiyac olduğu kimi, İran da hazırda İsraillə hərbi risklər səbəbindən Rusiyaya “Azərbaycanla münasibətləri gərginləşdir” əmri verməyəcək. Bu baxımdan, İranın rolu ilə bağlı arxayın olmaq lazımdır.

Azərbaycan əvvəlki kimi deyil. İndi daha qüdrətli və beynəlxalq səhnədə söz sahibidir. Bundan əlavə, qardaş Türkiyə faktorunu unutmamaq vacibdir. Bu gərginlik yaxın zamanda həllini tapacaq və ölkəmizin arxasında dayanacaq ən etibarlı dost Türkiyədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: