Rusiya Azərbaycan və Gürcüstana qəza rejimi zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi tədarük etmək imkanını nəzərdən keçirmək üçün müraciət edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “İnter RAO” enerji şirkətinin idarə heyətinin üzvü Aleksandr Panin Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə deyib.
“Bəli, biz iki ölkəyə müraciət etdik: Azərbaycan və Gürcüstandan tədarük imkanını soruşduq. İdxal imkanını nəzərdən keçiririk və qəza rejimi zamanı iki qonşu enerji sisteminin tədarük imkanları ilə maraqlandır”, – deyə o bildirib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb:
“Rusiya Federasiyası elektrik enerjisini idxal etmədən keçinməyə çalışacaq, lakin fövqəladə hallarda qonşu ölkələrin enerji sistemlərinə müraciət edə bilər”.