Kəşfiyyat: Rusiya o tarixdə Avropaya hücuma keçə bilər

Rusiya 2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə bilər.

Globalinfo.az bildirir ki, bu barədə Avropa kəşfiyyat xidmətlərindən biri məlumat yayıb.

Kəşfiyyat xidməti hesab edir ki, Rusiya məhz ABŞ-nin “lidersiz” qaldığı anda Avropaya zərbə vura bilər. Belə halda Vaşinqton yalnız müəyyən gecikmədən sonra Avropa dövlətlərinin köməyinə gələ biləcək.

Söhbət ABŞ-nin hazırkı prezidentinin 2024-cü il noyabrın əvvəlində vəzifəsini tərk etməsi ilə 2025-ci ilin yanvarında onun potensial varisinin vəzifəyə gəlməsi arasındakı müddətdən gedir.

Avropa kəşfiyyatı rəsmisi deyib ki, Rusiyada keçmiş ABŞ prezidenti Donald Trampın Ağ Evi geri alacağına ümid edirlər, çünki onun dövründə “hər şey ola bilər”.

(Oxu.az)