zatulin1

“Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətlərin normallaşdırılması üçün öz müstəqilliklərini qurban verməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Konstantin Zatulin deyib.

“Seçki ərəfəsində Gürcü Arzusu özünün yeni yanaşmasından bəhs etmək qərarı verib. Tbilisinin osetinlərdən 2008-ci il müharibəsinə görə üzr istəyəcəyini deməsi daxili siyasi məqsədlər üçün edilib. Onlar çalışırlar ki, seçicilərə Saakaşvilinin ölkəni hansı dalana gətirib çıxartdığını göstərsinlər.

Gürcüstanın ərazi bütövlüyünə gəlincə isə, qatar çoxdan gedib. Abxaziya və Cənubi Osetiya Gürcüstana qaytarılmayacaq. Rusiya heç bir halda respublikaların qərarlarına təsir göstərməyəcək, onlara təzyiq etməyəcək. Bizim Abxaziya və Cənubi Osetiyanı tanımaqda tamam başqa niyyətimiz var”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: