simal deniz yolu 2

Rusiyanın Arktikada mövcudluğu həddən artıq böyük dayaqlar üzərindədir, ona görə də Vaşinqton Moskva ilə apardığı yarışda çox geri qalır.

Globalinfo.az xəbər verir ki, bunu “Politiko” qəzetinin icmalçısı Kennet Rozen deyib.

Onun sözlərinə görə, Arktika hazırda həm dünya iqtisadiyyatı, həm də strateji təsir üçün çox vacibdir. O, Rusiyanın 20 ildir Arktika uğrunda mübarizədə dominantlıq etdiyini, özünün atom buzqıran gəmi donanmasını artırdığını və Arktikanın şelf zonasında neft qazıntılarının hasilatını genişləndirdiyini bildirib.

Bununla bərabər, Moksvanın 2035-ci ilə qədər açılması planlaşdırılan Şimal dəniz yoluna nəzarəti ələ keçirməyi planlaşdırdığı qeyd edilib.

Qeyd edək ki, son illər Rusiya ilə ABŞ arasında Arktika uğrunda rəqabət həddən artıq yüksəlib. ABŞ Rusiyanın bölgədəki hərbi mövcudluğunu artırmasını qəbul etmədiyini bəyan edib. Bununla belə tərəflər arasında rəqabəti təkcə qlobal istiləşmə ucbatından effektivliyi artan Şimal dəniz yolu yox, həm də bölgədə dünyanın neft-qaz ehtiyatının 30%-nin yerləşmə ehtimalı da artırıb.

Paylaş: