Rus zabitin maşını partladıldı: Ayağı qopdu – VİDEO

masin zabit

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşova sui-qəsd cəhdi olub. 

Globalinfo.az  xəbər verir ki, “Mash” teleqram kanalı hadisənin görüntülərini paylaşıb.

Məlumata görə, zabitin avtomobilinə bomba yerləşdirilib. O, avtomobilə yaxınlaşan zaman bomba partlayıb. A. Torqaşov partlayış nəticəsində ayağının bir hissəsini itirib.

Zabit ayağını özü sarıyıb və ərazidən uzaqlaşmağa çalışıb. Onun həyat yoldaşı isə qəlpə yarası alıb.

A.Torqaşovun vəziyyətinin ağır olduğu bildirilir.

Əliyar Xəlil
Globalinfo.az