Bu rus serialı qalmaqal yaratdı – Türk ölkəsindən qəti tələb

Latviya polisi paytaxt Riqada yerləşən 70 məktəbə məşhur rus serialı “Oğlanın sözü. Asfaltda qan” ilə bağlı xəbərdarlıq məktubu göndərib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məktublarda şagirdlərin bu serialın təsiri altında qruplaşmalar yaratdığı halda məktəb rəhbərlərinin polisə məlumat vermələri istənilib.

Bundan başqa, Tatarıstanın Uşaq Hüquqları üzrə müvəkkili İrina Volynets serialın ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasəti haqqında prezidentin fərmanına uyğunluğunun nəzərdən keçirilməsi və yayımının qadağan edilməsi ilə bağlı müraciət ünvanlayıb. O, “18+” xəbərdarlığının qeyd edilməsinə baxmayaraq, azyaşlıların serialı izlədiklərini və bunun onların psixologiyasına zərbə vurduğunu bildirib.

Həmçinin Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin sədri Nina Ostanina İstintaq Komitəsinə müraciət ünvanlayaraq, yeniyetmələr üçün təhlükəli həyat tərzinin təbliği səbəbi ilə serialın yoxlanılmasını tələb edib.

Qeyd edək ki, “Oğlanın sözü. Asfaltda qan” serialı 1980-ci illərin sonunda Sovet İttifaqının Tatarıstanın mərkəzi Kazanda baş qaldıran və “Kazan fenomeni” adını alan cərəyandan bəhs edir.

Əliyar Xəlil
Globalinfo.az