2d150ad4 821b 39c3 9b41 b69659efefd3 850

“Rusiya Avropanın düşmənidir”.

Globalinfo.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

O, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.

“Düşmənlər belə bir dönüş gözləmirdilər. Yunanıstan Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməyə davam edəcək”.

Yunanıstanın Baş naziri Odessa səfərindən də danışıb.

“Ukrayna prezidenti Vladimir Zelenski ilə obyektə səfər edərkən rus raketi limana düşdü. Amma bizi qorxuda bilməyəcəklər. Biz nə qədər lazım olsa, Ukraynanı dəstəkləyəcəyik. Qərb müttəfiqləri bu məsələdə birgə hərəkət edəcək”, – Mitsotakis vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: