Rus ordusunun üç komanda məntəqəsi vuruldu

Ukrayna Müdafiə Qüvvələri rus ordusunun üç komanda məntəqəsini və iki silah-sursat anbarını vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə dörd zərbə endirib”, – Baş Qərargah qeyd edib.