Rus ordusu üçün faciəvi ssenari – 2-3 həftəyə başlayacaq…

Qərb ölkələri Ukraynaya qırıcıların verilməsi imkanlarını müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti yayıb.

Bununla belə, qəzet bir çox ölkələrin bu qərarın konfliktin eskalasiyasına gətirib çıxaracağından qorxduqlarını yazıb.

“Politiko”ya danışan amerikalı diplomatlardan biri isə hazırda qırıcıların Kiyevə verilməsinin mümkün olmadığını deyib. Lakin qəzetin mənbəsi bu istiqamətdə müvafiq danışıqların iki-üç həftəyə başlayacağını söyləyib.

Aqşin
Globalinfo.az