Rus ordusu Odessaya zərbələr endirdi – ölənlər var

Bu gün axşam saatlarında Rusiyanın Ukraynanın Odessa vilayətinə “İskəndər-M” ballistik raketləri ilə zərbə endirməsi nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

O, bildirib ki, raket hücumu nəticəsində həlak olanlardan biri 10 yaşlı qızdır, yaralılardan da birinin vəziyyəti ağırdır.

“Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib”, – O.Kiper deyib.