Rus müğənni xarici agentlər siyahısına düşdü

Rusiya Ədliyyə Nazirliyi müğənni Monetoçka (Yelizaveta Qırdımova), Moskva Şəhər Dumasının deputatı Darya Besedina və Gulagu.net layihəsinin təsisçisi Vladimir Oseçkini xarici agentlər reyestrinə daxil edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Bundan başqa, reyestrə Anton Ustimov (“Populyarnaya politika” layihəsi), İbrahim Yaqanov (Karaçay-Çerkesiyadan olan siyasətçi), bloqer Vadim Xarçenko, həmçinin transgender insanlar və onların yaxınları üçün olan “T9 NSK” layihəsi (Novosibirsk) daxil edilib.

Onların reyestrə daxil edilməsinin əsasnaməsində “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” federal qanunun 7-ci maddəsi göstərilir.

Ədliyyə Nazirliyində fiziki şəxslər və təşkilatların reyestrə daxil edilməsini şərh ediblər. Nazirliyin saytında deyilir ki, Besedina xarici agentlərin materiallarının hazırlanmasında və yayılmasında iştirak edib, Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı fikirlər səsləndirib və LGBT münasibətlərin təbliğatını aparıb. Müğənni Monetoçka xarici mənbələrdən dəstək alıb, Ukraynaya dəstək məqsədilə vəsait toplayıb, xüsusi hərbi əməliyyata qarşı çıxış edib. Oseçkin də xüsusi hərbi əməliyyata qarşı çıxış edib və xarici mənbələrdən dəstək alıb. Bundan başaqa, o, Hərbi əsrlərlə davranış məsələləri üzrə Ukrayna Koordinasiya Qərargahında iştirak edib.