esir takasinda yer alan rus sarkici mit 17692392 5595 m

“Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) üzvləri ABŞ və Rusiya arasında aparılan məhbus mübadiləsi zamanı seriallardakı obrazlar kimi görünürdülər”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyaya göndərilən rusiyalı müğənni Saşa Skaçilenko deyib.

O, Rusiyadan təyyarə ilə Türkiyəyə, daha sonra isə Almaniyaya aparıldığını bildirib. Müğənni Türkiyə kəşfiyyatçılarına heyran olduğunu deyib:

“Hər şey çox sürətli oldu. Bizə son ana qədər heç nə demədilər. Bizi həbsxanadan çıxarıb avtobusa mindirəndə haqqımızda ölüm hökmünün verildiyini düşündük. Lakin təyyarə ilə Ankaraya apardılar. Təyyarə Esenboğa hava limanına endi, ancaq onda rahatlaşdıq. Bizi qarşılayan Türkiyə kəşfiyyatçıları öz seriallarındakı qəhrəmanlara bənzəyirdilər. Hamısı qara kostyumda, ciddi və çox müasir görünürdü. Onlardan çox gözəl ətir gəlirdi. Bu qoxu hər şeyə hopmuşdu. İnanılmaz təsiredici an idi”.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra baş tutan ən böyük əsir mübadiləsi prosesində Türkiyənin də iştirak etdiyi bildirilir. Mübadilə nəticəsində 10 nəfər Rusiyaya, 13 nəfər Almaniyaya, 3 nəfər isə ABŞ-a aparılıb.

Saşa Skaçilenko 2022-ci ildə Rusiyanın Ukraynada başlatdığı müharibəyə qarşı çıxıb və marketlərdə məhsulların üzərinə işğal əleyhinə etiketlər yapışdırıb. O, rus ordusu haqqında saxta informasiya yaymaqda ittiham edilərək 7 il azadlıqdan məhrum edilmişdi.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: