1659254715 1656324766 61131076 905jpg 1689685444

Rus silahlıları ələ keçirdikləri Ukrayna ərazisində yeraltı məscid tikdiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “Tatar-inform” nəşri tərəfindən yayılıb.

Məlumata görə, Tatarıstan hərbçiləri Ukraynada xüsusi hərbi əməliyyat keçirilən ərazidə yeraltı məscid tikiblər.

Bu ideya güclü küləyin mövqelərə yaxın meşədə nəhəng palıd ağaclarını aşmasından sonra yaranıb. Əsgərlər namaz qılmaq üçün kiçik bir otaq hazırlamağa qərar veriblər.

Nəticədə hərbçilər 20 kvadratmetr sahəsi olan yeraltı məscid tikiblər. Məscidin hündürlüyü bir metr olan minarəsi və üstündə ayparası var.

Image 1 Image 1

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: