Moskva Ukraynaya verilən dəstəyə reaksiya göstərməsə, qonşu ölkələr bizə hörmət etməyəcəklər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Konstantin Zatulin deyib.
Erməniyönlü deputat çıxışı zamanı Azərbaycana da mesaj göndərib:
“Biz gərək bütün mümkün vasitələrlə perimetri əldə saxlayaq. Əlbəttə, diplomatik vasitələr daha yaxşıdır. Biz az-çox bu xətti gerçəkləşdirməyə çalışırıq. Ən azından hansısa hallara göz yummağa məcburuq”.
Zatulin iddia edib ki, guya Azərbaycan Ukraynaya silah tədarük edir:
“2022-ci ildə istehsal olunan minalar verir. Buna göz yumuruq. Biz məcburi şəkildə səssiz qalırıq, çünki gərginlik istəmirik. Perimetri saxlamaq istəyirik, amma zamanla sərt olmalıyıq. İndiki təkcə Azərbaycan haqqında yox, Qazaxıstan və digərləri barədə də danışıram. Əks təqdirdə bizə hörmət etməyəcəklər”, – o bildirib.
Qeyd edək ki, Rusiya Dumasının erməniyönlü deputatı Konstantin Zatulin daha əvvəl də dəfələrlə Azərbaycanla bağlı əsassız ittihamlar səsləndirib.
İlkin Həsənov
Globalinfo.az