Rus bloger Arda Gülərlə talışların məşhur zarafatını etdi – VİDEO

Rusiyalı model və bloger Svetlana Alekseevanın Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülərlə videosu gündəm olub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bloqer TikTok sosial şəbəkəsində məşhurlaşan və talışların məşhur zarafatı olan “bir dənə çay verərsən” videosunun səsi ilə paylaşım edib.

Bu görüntü həm Türkiyədə, həm də İspaniyada günün videosuna çevrilib.

Qeyd edək ki, Svetlana Alekseeva futbolçulara yaxınlığı ilə tanınan blogerdir. Onun instaqramda 2 milyona yaxın izləyicisi var. S.Alekseeva həm də Kriştianu Ronaldo fanatı kimi tanınır. Bloger portuqaliyalı ulduzun “Əl-Nəsr”dəki bütün matçlarını stadiondan izləyir.

Xatırladaq ki, son günlər bir çox məşhur blogerlər bu zarafatla video çəkib paylaşırlar.

Videonun orijinalı: