Rumıniyada növbəti güclü zəlzələ baş verdi

Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniyanın Yer Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutu məlumat yayıb.

“14 fevral saat 15:16-da Olteni, Qorj uezdində 40 km dərinlikdə 5,7 bal gücündə zəlzələ baş verdi”, – deyə bildirilib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Qeyd edək ki, ötən gün də Rumıniyada 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.