Rumıniya 51 rus diplomatını ölkədən qovur

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 50-dən çox əməkdaşının ölkəni tərk etməsini tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Rumıniyadakı səfirliyinin 51 əməkdaşı 30 gün ərzində ölkəni tərk etməlidir.

Bildirilib ki, bura 21 diplomat və 30 texniki və inzibati heyə daxildir.

Rumıniya XİN-in tələbinə görə, səfirlikdə 11 diplomat və 29 əməkdaş qalmalıdır.