Niderland Ermənistanın gül istehsalçıları üçün Avropa bazarına çıxış imkanlarını genişləndirir.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Erməni gülçülərinə dünyanın ən böyük çiçək ticarəti platformalarından “Royal FloraHolland” vasitəsilə Avropa alıcıları ilə birbaşa işləmək imkanı yaradılıb.
Bu addım Rusiyanın bir müddət əvvəl Ermənistandan gül idxalına məhdudiyyət tətbiq etməsindən sonra xüsusi diqqət çəkir. Həmin qərar erməni istehsalçılarının əsas ixrac bazarlarından birinə çıxışını çətinləşdirmişdi.
Yeni təşəbbüs sayəsində Ermənistan istehsalçıları məhsullarını Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarmaq, yeni tərəfdaşlar tapmaq və satış coğrafiyasını genişləndirmək imkanı əldə edəcəklər.
Tahir Turan
Globalinfo.az