
“Heç vaxt İranın xarici işlər naziri ilə danışmamışam”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, İranla təmaslar nadir hallarda baş verir və əsasən dolayı kanallar vasitəsilə həyata keçirilir.
Rubio əlavə edib ki, son həftələr ərzində yalnız məhdud sayda, əsasən regiondakı görüşlər çərçivəsində birbaşa əlaqələr olub.
“İran sistemində uzun müddət ABŞ ilə birbaşa danışıqlara məhdudiyyətlər mövcud idi. Buna görə də əlaqələr adətən gizli və çox məhdud dairədə aparılır”.
Safura Bənnayeva
Globalinfo.az