Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumu çərçivəsində baş tutub.

Tərəflər ölkələr arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Ermənistan-İran münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran sektorlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.

Ermənistan-İran parlamentlərarası əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və sülhlə bağlı məsələlər də müzakirə mövzusu olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: