roya azad

Azərbaycanın Xalq artisti Röyanın yaxın adamı Azad İsayev Türkiyədə həbs edilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, İstanbulun Bakırköy və Küçükçekmece qəsəbələrində iki fərqli dələduzluq şikayəti üzrə prokurorluqda araşdırma başlanılıb. Şikayət olunan şəxs isə ölkələrarası nəqliyyat işini həyata keçirən iş adamı Dionis Şaholli olub. Ancaq iki fərqli məhkəmədə aparılan araşdırma zamanı qəribə faktlar ortaya çıxıb.

Belə ki, Küçükçekmece prokurorluğunda aparılan araşdırma zamanı saxlanılan Şaholli Albaniya vətəndaşı olduğunu desə də onun həm də Rusiya vətəndaşlığınəı daşıması və ad-soyadının da Həmzət İsmayılov olması üzə çıxıb. O, özü bu faktı təsdiqləyib. Lakin Şaholli barəsindəki dələduzluq iddialarını rədd edib.

Polis nəzarətində sərbəst buraxılan Şaholli növbəti şikayət üzrə Bakırköy məhkəməsinə aparılıb. Burada o, şikayətçi olan Ayşə S.Ö. ilə münasibəti olduğunu və ondan borc aldığı pulu geri qaytardığını deyib. Bakırköy məhkəməsi tərəfindən onun barəsində həbs qərarı verilib.

3644546 81d5a66d54285605579b8bae8abc21d9 1702535852

Daha sonra prokurorluqda və məhkəmədə aparılan araşdırma zamanı Şaholli haqqında daha bir iddia ortaya çıxıb. İddiaya görə, Şaholli əslində bir vaxtlar Azərbaycan tərəfindən dələduzluğa görə İnterpola verilən iş adamı Azad İsayevdir. Şaholli isə özünün Azad İsayev olmadığını iddia edib. “Uşaq ikən mənə Azad deyirdilər. İş gördüyüm adamlar arasında məni Azad kimi tanıyırdılar”.

Cəzaçəkmə müəssisəsinə göndərilən Şahollinin barmaq izləri götürülüb. Onun azərbaycanlı iş adamı Azad İsayev olub-olmadığı isə araşdırma nəticəsində dəqiqləşəcək.

3644546 4b9d539ac3af2e781fa954969d1458d8 1702535872

Qeyd edək ki, azərbaycanlı iş adamı Azad İsayev İnterpol xətti ilə axtarışdadır. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.

Xatırladaq ki, hələ o zamanlar dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən Azad İsayevin müğənni Röya ilə qeyri-rəsmi münasibətlərinin olmasına diar mediada da məlumatlar yayılıb. Azad İsayev həmçinin Röyanın “Sevgiyə bax”, “Son görüş” ,”Ağla” və digər mahnılarının sözlərinin müəllifidir.

Onu da qeyd edək ki, 2013-cü ildə Azad İsayevin Türkiyədə yol qəzasında ölməsinə dair məlumatlar yayılmışdı.

Paylaş: