cdp

Məşhur “Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin “YouTube” proqramında sualları cavablandırarkən söz açıb. O, atası ilə mütəmadi görüşdüklərini bildirib:

“Atamın yanına tez-tez gedib-gəlirdik. Biz həmişə görüşmüşük. Son 1 ay yarımda görüşə bilməmişdik. İndi gəlib məni gördü, şok oldu. Arıqlamağıma görə təəccübləndi”.

Anar Cəlilov şəxsi həyatı ilə bağlı da danışaraq üçüncü həyat yoldaşından rəsmi şəkildə boşandığını açıqlayıb:

“3 dəfə evlənib boşanmışam. Allah dördüncüdən saxlasın. 4 övladım var. Böyük oğlumun 23 yaşı var. İkinci övladım Hüseyndir. Ən balaca övladımın 5 yaşı var. 20 yaşımdan evlənirəm. Daha bəsdir”.

Qeyd edək ki, Çingiz Cəlilov 9 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. O, “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qafqazinfo2 (@qafqazinfo__az)

Paylaş: