Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə qaytardı

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb.

Globalinfo.az xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib.

“Flora Xəlilzadə bundan sonra Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Bədii Şurasında fəaliyyət göstərəcək”,- R.Məmmədov deyib.