Rövşanə “Space”-dən buna görə ayrılıb – özü açıqladı

 

“Həyatımın 26 ili TV-yə bağlıdır və bu illər ərzində çox az müddət işsiz qaldığım vaxtlar olub. Uzağı bir, ya iki ay. Televiziya fəaliyyətim dönəmində müxtəlif rəhbərlərlə çalışmışam heç biri ilə hansısa problem, qalmaqal, xoşagəlməz nəsə yaşanmayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Rövşanə Ağasəfqızı deyib.

O, işlədiyi mühitdə qalmaqaldan, söz-söhbətdən uzaq olduğunu bildirib:

“Boğazımızdakı reytinq kəndiri ucbatından bəzi qalmaqallı verilişlərə müəlliflik etmək məcburiyyətində qalmağıma baxmayın…Tələb belədir. Televiziyalarda transfer həmişə olub və çox normaldır. Səhər tamaşaçıya bir kanaldan “günaydın” deyən, sabah ayrısından “gecəniz xeyir” söyləyə bilər. Hamı ölənə kimi bir yerdə qalmir”.

Jurnalist kreslonun ömürlük miras olmadığını qeyd edib:

“Kreslonu nə evindən kimsə gətirib, nə də gedəndə kimsə dalına şəlləyib aparıb. Aparacağı ya sevgi olacaq, ya nifrət…”

R.Ağasəfqızı ona göstərilən dəstəyə görə həmkarlarına təşəkkür edib:

“Peşəkar dostlarıma son günlər göstərdikləri həmrəyliyə və dəstəyə görə dəruni təşəkkürümü bildirirəm. Elə birlik göstərsək, kimsə “kefim belə istəyir”in qurbanı olmaz, əmin olun”.

Zaira Akifqızı
Globalinfo.az