9bba4cc3 9d4a 4941 898f 8c9b2369980f

“Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist, tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.

O, verilişin şou xarakterli olmadığını bildirib:

“Rəhbərlik yeni dəyişib və bundan sonra kanalın hansı formatda olacağı haqda bir söz deyə bilmərəm. Amma mən əyləncə xarakterli aparıcı deyiləm. Yeni verilişim daha çox sosial, milli-mənəvi, ədəbiyyat, aktual mövzular istiqamətində olacaq. İki həftə şənbə-bazar da daxil olmaqla həftənin 7 günü də çalışacağam, daha sonra veriliş artıq həftə içi 5 gün olacaq. Həm də səhər proqramı komandasına mən rəhbərlik edəcəyəm”.

1677224507 333259094 1900735643628880 2580904287488930425 n

Qeyd edək ki, aparıcı Turan İbrahimli ötən gün “Space” TV-nin efirindən işdən ayrıldığını deyib. O, kanalın yeni yayım formatına keçdiyini, indən sonra efirdə əsasən yumorlu verilişlərin yayımlanacağını, xəbər tipli proqramların olmayacağını deyib. Bu səbəbdən də işdən ayrıldığını bildirib.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: