Rövnəq Abdullayev Parisə niyə getməyib?

Sabah – fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər. Qurumun prezidenti Rövnəq Abdullayev isə mərasimə qatılmayacaq.

Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.