Rusiyada dəhşətli yanğın: 60-dan çox yanğınsöndürən, 17 texnika cəlb edildi – VİDEO

Temernik bazarının alış-veriş pavilyonlarında yanğın sahəsi 2 min kvadratmetrə qədər artıb. 

Globalinfo.az xəbər verir ki, bunu bazarın direktoru Şamil Karabaşev bildirib.

“Yanğına səbəb nə ola bilər? Heç bilmirəm, çünki bir ay əvvəl tamamilə yoxlamışam, yanğınsöndürənlər var idi, təlimatlar var idi, hər şey var idi”, – deyə Karabaşev bildirib.

Bazar direktorunun sözlərinə görə, bütün ticarət pavilyonlarında iki-üç yanğınsöndürən var, ona görə də “nə baş verib” anlaya bilmir. O əlavə edib ki, dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin  Rostov vilayəti üzrə Baş İdarəsi bildirib ki, yanğının söndürülməsi yüksək yanğın yükü səbəbindən çətinləşib.

***

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən “Temernik” bazarında güclü yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın operativ xidmətləri məlumat yayıb.

Bildirilib ki, bazarda ticarət pavilyonları yanır. Yanğın min kv.m. sahəni əhatə edib.

Yanğının söndürülməsinə 61 yanğınsöndürən və 17 texnika cəlb edilib.