Ronaldunun yeni klubunun stadionunda elektrik kəsildi: Oyun təxirə salındı

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan “Əl-Nəsr” – “Əl-Tai” matçı yanvarın 6-na təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır.

Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, dekabrın 31-də “Əl-Nəsr” portuqaliyalı hücumçu Kriştianu Ronaldonun transferini elan edib, yanvarın 4-də isə futbolçu komanda ilə ilk məşqinə çıxıb.