Ronaldudan “Mançester Yunayted”dən gedişi ilə bağlı İLK AÇIQLAMA

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Premyer Liqa klubu “Mançester Yunayted”lə müqaviləsini vaxtından əvvəl ləğv etdikdən sonra ilk şərhini verib.

“Mançester Yunayted”lə danışıqlardan sonra müqaviləni ləğv etmək barədə qarşılıqlı razılığa gəldik. Mən “Mançester Yunayted”i və azarkeşləri sevirəm. Görünür, yeni çağırışın vaxtıdır. “Mançester Yunayted”ə uğurlar arzulayıram”, – deyə İnsayder Fabrizio Romano sosial şəbəkədə Ronaldonun sözlərini çatdırıb.

Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 22-də Ronaldu ilə müqaviləni pozduğunu açıqlayıb. İndi portuqaliyalı azad agentdir.