Ronaldudan daha bir rekord: Diz çökərək ağladı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub

Globalinfo.az xəbər verir ki, o, buna Millətlər Liqası çərçivəsində Xorvatiya ilə matçda nail olub. O, komandasının ikinci qolunu xorvatların qapısından keçirib.

Qol sevincini qeyd edən futbolçu diz çökərək ağlayıb.

Qeyd edək ki, Ronaldu indiyədək “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Sportinq”də 5, “Əl-Nəsr”də 68, milli komandada isə 131 dəfə fərqlənib.