Снимок экрана 2024 01 21 092154

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo fevralın 1-də Ər-Riyadda keçiriləcək “İnter Mayami” ilə yoldaşlıq görüşündə iştirak etməyə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə nüfuzlu futbol nəşrləri yazıb.

Bildirilib ki, buna səbəb Ronaldonun zədələnməsidir.

Qeyd edək ki, Ronaldonun “İnter Mayami” ilə matçda argentinalı hücumçu Lionel Messi ilə qarşıdurması gözlənilir.

Paylaş: