Ronaldo İranda belə qarşılandı – VİDEO


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı ulduz futbolçusu Kristiano Ronaldo İrana səfər edib.

Globalinfo.az xəbər verir ki, “Əl-Nəsr” Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Tehranın “Persepolis” komandası ilə qarşılaşacaq.

Ronaldonun Tehrana gəlişi iranlı futbolsevərlər arasında inanılmaz səs-küyə səbəb olub.

Yerli azarkeşlər məşhur futbolçunu böyük coşqu ilə qarşılayıblar. Hətta Ronaldonu görmək üçün gələn izdihamın çox olması səbəbindən “Ən Nəsr” İrandakı məşqini ləğv etməli olub.

Əvəzində, portuqaliyalı hücumçuya xalça hədiyyə edilib. Həmçinin, bütün komandaya internetə çıxışı olan simkartlar verilib.