3 6

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo ABŞ Prezidenti Donald Trampla görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, paylaşımda Ronaldo və nişanlısı Corcina Rodrigesin Ağ Evdə Tramp ilə gülərək söhbət etdikləri görüntülənib.

Həmçinin Trampın ulduz futbolçuya Ağ Evin simvolik açarını verdiyi əks olunub.

“Cənab Prezident, dəvətə və Siz və birinci xanımınız mənə və gələcək həyat yoldaşıma göstərdiyiniz səmimi qəbula görə təşəkkür edirəm. Hər birimizin təklif edəcəyi mənalı bir şey var və mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh ilə müəyyən edilmiş gələcək qurmaq üçün ruhlandırmaqda üzərimə düşəni etməyə hazıram”, – Ronaldo qeyd edib.

Qeyd edək ki, 40 yaşlı Ronaldo beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və bir çox rekordların sahibidir. O, 2022-ci ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

580488561 18544544740038579 1377362522261676089 n 3 580761574 18544544629038579 3402111391638314188 n 2

Paylaş: