
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Özbəkistanla keçirilən matçdan (5:0) sonra Argentina yığmasının hücumçusu Lionel Messi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, jurnalist Navaf Əl-Tamimi tərəfindən sosial şəbəkədə yayılan videoda Ronaldo sualı yarımçıq saxlayaraq “Növbəti sual” ifadəsini işlədib. Daha sonra isə “məni maraqlandırmır, doğru zaman deyil” deyib.
Həmin oyunda Ronaldo Özbəkistan millisinin qapısına iki qol vuraraq komandasının 5:0 hesablı qələbəsində əsas rol oynayıb. Bununla da o, Dünya Kuboklarında 6 fərqli turnirdə qol vuran ilk futbolçu olub.
Aysel Əliyeva
Globalinfo.az